top
Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20 yanvar 2026, 06:11
- +

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Məktəblərə "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimat göndərilib

Bütün Xəbərlər
Bu gün, 16:31

Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun "Fantazm" sərgisi Bakıda - FOTO

Bütün Xəbərlər
Bu gün, 15:12

AZAL: Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik

Bütün Xəbərlər
Bu gün, 12:52

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

Bütün Xəbərlər
Bu gün, 12:49

Azərbaycanda I rübdə 561 milyon manat müavinət və Prezident təqaüdü ödənilib

Bütün Xəbərlər
Bu gün, 12:23

Sabah Bakıda yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 10:33

DİM-də ictimaiyyət üçün növbəti açıq görüş keçiriləcək

Bütün Xəbərlər
Bu gün, 09:56

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

Bütün Xəbərlər
Dünən, 17:41

Rıza Kayaalp: "Qələbə seriyamın başlanğıcı Bakıda qoyulub"

Bütün Xəbərlər
Dünən, 17:10

Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Bütün Xəbərlər
Dünən, 17:07

WUF13 ilə əlaqədar Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq

Bütün Xəbərlər
Dünən, 16:46

İran səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Bütün Xəbərlər
Dünən, 15:47

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Bütün Xəbərlər
Dünən, 14:44

Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq

Bütün Xəbərlər
Dünən, 12:50

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Bütün Xəbərlər
Dünən, 12:21

Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO

Bütün Xəbərlər
Dünən, 11:13

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

Bütün Xəbərlər
Dünən, 10:52

FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bütün Xəbərlər
Dünən, 09:50

Naxçıvanda "smart kart tipli" sayğaclar dəyişdiriləcək

Bütün Xəbərlər
Dünən, 09:05

ABŞ-də zavodda zəhərli maddə sızması baş verib, ölən və zərərçəkənlər var

Bütün Xəbərlər
22 aprel 2026, 17:36

Azərbaycanlı qadın alpinist Türkiyə və Gürcüstandan film təklifləri alıb

Bütün Xəbərlər
22 aprel 2026, 16:39

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bütün Xəbərlər
22 aprel 2026, 16:06

Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olunub

Bütün Xəbərlər
22 aprel 2026, 11:44

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Oxşar xəbərlər