top
Prezident Xankəndiyə getdiyi gün Karen Avanesyan nə etmək istəyirdi? – Prokurorluq açıqladı
28 noyabr 2025, 07:18
- +

Prezident Xankəndiyə getdiyi gün Karen Avanesyan nə etmək istəyirdi? – Prokurorluq açıqladı

Bu il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaq tədbirlərilə, Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah – “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rəsmi məlumata əlavə edək ki, sentyabrın 14-də Prezident İlham Əliyev də Xankəndidə səfərdə idi və Karen Avanesyanın məhz həmin gün hərəkətə keçməsi ciddi rezonans doğurmuşdu.


Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
Dünən, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
Dünən, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:45

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

Bütün Xəbərlər
Dünən, 13:16

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:23

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 12:16

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:06

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:49

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bütün Xəbərlər
Dünən, 09:14

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

Bütün Xəbərlər
22 iyul 2026, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
22 iyul 2026, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
22 iyul 2026, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
22 iyul 2026, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
22 iyul 2026, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
22 iyul 2026, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
22 iyul 2026, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
22 iyul 2026, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
22 iyul 2026, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
22 iyul 2026, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
22 iyul 2026, 10:59

Görünməyən imzalar

Bütün Xəbərlər
22 iyul 2026, 10:46

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Bütün Xəbərlər
22 iyul 2026, 09:33

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bütün Xəbərlər
22 iyul 2026, 09:19

Sabiq naziri evində çəkiclə qətlə yetiriblər - TƏFƏRRÜAT

Oxşar xəbərlər