Oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada prezident Vladimir Putinlə görüşəcək. Bu haqda oktyabrın 11-də TASS məlumat yayıb.
Danışıqlar zamanı Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasının gedişatına, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı mövcud problemlərin həllinə dair məsələlərin müzakirəsi planlaşdırılır.