Qəbələ rayon Solquca kəndində avqustun 26-da mürəkkəb relyefli dağlıq ərazidə meşə yanğını hadisəsi baş verib. Bu haqda FHN məlumat verib.
İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.
Yanğının söndürülməsi üçün Nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər aparılır.