Qəbələ rayon sakini 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə evdən çıxıb geri qayıtmayıb.
İnsanoid.com xəbər verir ki, qadının boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.
Onun harada olması barədə məlumatı olan şəxslərdən daxili işlər nazirliyinin 102 xidmətinə, Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.