Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi avqustun 31-də məlumat verib.
Brakonyerlərin Biləsuvar rayon sakinləri Pərviz Abdullayev, Samir və Xalid Əzimovlar olduğu müəyyən edilib.
“Şəmkir su anbarından, Kür çayından və Yuxarı Qarabağ kanalından ümumilikdə 640 metr uzunluğunda sintetik tor yığışdırılıb”, - deyə xidmət rəsmisi bildirib.
Bundan əvvəl, avqustun 26-da Qızılağac Milli Parkında qanunsuz ov edən Lənkəran şəhər sakini saxlanılıb. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.