Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb. Bu haqda noyabrın 4-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi bildirib.
“Araşdırma zamanı qanunsuz ov edənlərin 3 Səudiyyə Ərəbistanı vətəndaşı və bir Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Onlar ümumilikdə 7000 manat məbləğində cərimə olunublar”, - deyə rəis məlumat verib.
Xarici ölkə vətəndaşları barəsində qanuna uyğun olaraq Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.