Oktyabrın 21-də səhər saatlarında Azərbaycan iki iranlı sürücünü öz ölkələrinə qaytarıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Azərbaycan bu qərarı humanizm, mehriban qonşuluq prinsipləri və xoş niyyət nümayiş etdirərək müvafiq razılaşmaya əsasən qəbul edib.
Daha öncə, sentyabrın 15-də sözügedən şəxslər qaçaqmalçılıq yolu ilə Qarabağa mallar keçirməyə cəhd etdiklərinə görə Gorus-Qafan avtomobil yolunda Azərbaycan polisləri tərəfindən saxlanılmışdılar.