Azərbaycanda 20-22 oktyabr tarixlərində ilk dəfə təşkil olunan "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" adlı sərgi keçiriləcək. Bu barədə məlumat sərginin təşkilatçısı Caspian Event Organisers şirkətinin rəsmi saytında qeyd olunub.
Keçirilən sərginin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasının effektivliyini artırmaq üçün dövlət qurumlarını, yerli və xarici şirkətləri eyni platformada toplamaqdır.
Sərgidə banklar və investisiyalar, təhlükəsizlik, hasilat, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastrukturu, nəqliyyat, turizm, energetika və ekologiya kimi sektorlar təmsil olunacaq.
Tədbir Bakı Expo mərkəzində keçiriləcək. Stendin rezervasiyası və dəvətnamə eldə etmək üçün qeydiyyatdan keçmək lazımdır.
Eyni tarixlərdə inşaat sərgisi (Baku Build) və havalandırma, isitmə, soyutma sistemləri sahəsinə (Aqua Therm) aid sərgi də təşkil olunacaq.