top
“Qarabağ”ın qapıçısı: “Sevgilim və itim yanımda olsa, daha xoşbəxt olardım” - MÜSAHİBƏ
18 noyabr 2025, 05:20
- ↺ +

“Qarabağ”ın qapıçısı: “Sevgilim və itim yanımda olsa, daha xoşbəxt olardım” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski sabiq klubu “Stal”ın (Melets) mətbuat katibi Mateuş Prokopiakın suallarını cavablandırıb.

İdman.Biz Polşa təmsilçisinin rəsmi saytında dərc olunmuş geniş müsahibənin bir hissəsini təqdim edir:

- Bir müddət əvvəl şərhçilər, jurnalistlər sənin Ekstraklasadakı qurtarışlarına heyran qalırdılar. Bu gün isə “Qarabağ” forması ilə Çempionlar Liqasındakı çıxışın onları təəccübləndirir. Son bir ildə həyatının nə qədər dəyişdiyini düşünürsən?

- Hər oyunda rəqibi dayandırmırdım və bütün matçlarımdan tam razı qaldığımı da deyə bilmərəm. Əlbəttə, müsbət çıxışlar mənfi çıxışlardan daha çox idi. Amma tez-tez düşünürəm ki, həyatda heç nə mümkünsüz deyil. Meletsdə yaşadığım çox anlar var ki, onlar həmişə yaddaşımda qalacaq.

- Polşa millisinə çağırılmağını ailən necə qarşıladı?

- ⁠Atam həmişə karyeramla bağlı hər şeyə çox həyəcanlanır (gülür). O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi.

- Millinin toplanışına gəlirsən və orada Robert Levandovski kimi ulduzlar var. İlk gündə səni necə qarşıladılar? Daha çox dostcasına, yoxsa soyuq münasibətlə?

- ⁠Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Söhbət etdilər ki, komandaya uyğunlaşmağım asan olsun. Bəziləri bir qədər az danışdı. Bu da normaldır, xüsusilə kiçik klubdan gələn futbolçu üçün ilk çağırışda. Ümumilikdə bütün komanda və məşqçilər məni əla qarşıladılar.

- Azərbaycanda klub karyeran necə başladı? “Qarabağ”a keçəndə nə gözləyirdin?

- ⁠Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdir. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.

- Sevgilin Azərbaycana gədecəyinizi eşidəndə necə reaksiya verdi?

- Daha çox tanıdığımız və daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. Bəzən Polşadan bir futbolçu böyük kluba düşür, amma bu, hər zaman belə olmur. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram.

- Ev icarəyə götürmüsünüz, yoxsa hoteldə qalırsınız?

- ⁠İcarəyə götürmüşəm. Yayda dəyişdim. Əvvəl mərkəzdə yaşayırdım, indi bir az kənara köçmüşəm. Məşqdən kənarda sakit həyatı daha çox sevirəm.

- Azərbaycanda azarkeşlər necədir? Stadionlara çox adam gəlir?

- Polşaya nisbətən azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında daha azdır - ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir - amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.

- Şahruddin Məhəmmədəliyevlə rəqabətiniz necədir? Sağlam rəqabətdir?

- ⁠Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir.

- Azərbaycanda şəxsi olaraq nəyin çatışmazlığını hiss edirsən?

- Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım.

- Mətbuatda “Roma” və “Borussiya” (Dortmund) kimi klubların səninlə maraqlandığı yazılır. TOP-5 liqalardan həqiqətən maraq var?

- Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır.

- Yəni hazırda “Borussiya”nın səni istədiyinə dair rəsmi məlumatın yoxdur?

- Elədir. Heç bir rəsmi məlumat yoxdur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər