Ötən gün, oktyabrın 19-da Qaxda iki uşaq göbələkdən zəhərlənərək dünyasını dəyişib, Zaqatalada isə bir ailə üzvləri zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Bu barədə APA məlumat verib.
Qax rayonu Tasmalı kəndinin 47 yaşlı sakini, onun 12 yaşlı oğlu və 9 yaşlı qohumu göbələkdən zəhərlənərək mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Daha sonra onlar Bakı klinikalarından birinə yerləşdiriliblər. Lakin zəhərlənən iki uşaq xəstəxanada dünyasını dəyişib.
Zaqatala rayonunun Aşağı Tala kəndində isə 53 yaşlı, 50 yaşlı və 13 yaşlı ailə üzvləri zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri stabildir və müalicələri davam etdirilir.