Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatının (QHT) nümayəndələrinin işğaldan azad edilən Cəbrayıla səfəri başlayıb. Bu barədə dekabrın 25-də Azərtac məlumat yayıb.
Məlumata görə, 150-dən artıq QHT-nın nümayəndəsi Xudafərin körpüsü və Cəbrayıl şəhərində olan “Dostluq” bulağı ilə tanış olacaqlar.
Bundan öncə, dekabrın 10-da təşkilat nümayəndələri Tərtərin azad edilmiş ərazilərinə səfər ediblər.