top
Qırılan ümidlər, alverçi azgözlüyü - 8 martın pərdəarxası
08 mart 2025, 00:50
- ↺ +

Qırılan ümidlər, alverçi azgözlüyü - 8 martın pərdəarxası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

8 mart Beynəlxalq Qadınlar günü ölkəmizdə uzun müddətdir qeyd edilir. Artıq ənənə halını alan bu bayram qadına olan diqqətin, qayğının bir simvoluna çevrilib. Gün ərzində əlində hədiyyə paketləri, gül buketləri ora-bura şütüyən, mağaza və dükanlarda qiymət üçün çənə-boğaza çıxan insanları görmək adi hala çevrilib. Amma işin kədərli tərəfi odur ki, bayram günü, bayramdan sonra qarşılaşdığımız bəzi mənzərələr ürək sızladır.

İlk ondan başlayaq ki, bayrama 1 gün qalmış ticarətçilərin, xüsusən də gül dükanlarının, hədiyyə satışı ilə məşğul olan mağazaların toy-bayram ab-havası başlayır. Adi gündə, məsələn, 3 manata satılan qızıl gülün birinin qiyməti qəflətən 5-6-7, bəzən də 8 manata qədər qalxır. Bu, möhtəkirlik, acgözlük, insanların cibinə girməkdən başqa bir şey deyil. Çünki bu spekulyantlar gözəl anlayırlar ki, bayram günü mütləq bir buket gül, xüsusən də qızıl güllərdən ibarət dəstə alınacaq, sifariş ediləcək. Azərbaycan ticarətinin xüsusi qaydası olan “bayram günü qiyməti artır, cibini doldur” prinsipi hər zaman işlək olub. Sadəcə bizim yerli ticarətçilər dünya iqtisadiyyatının qızıl qaydasından: “qiymətləri aşağı salıb, daha çox məhsul və mal sataraq, daha çox gəlir əldə etmək”dən ya xəbərsizdirlər, ya da bu qaydanı qəbul etmirlər. Həqiqətən də, bayram günü baha qiymətə 200-300 gül satmaqdansa, qiymətləri aşağı endirib 800-1000-1200 gül satmaq və daha çox gəlir əldə etmək mümkündür. Bu, bütün dünya ticarətində uzun illərdir sınanılan və tətbiq edilən üsuldur. Amma di gəl ki, bizim ticarətçilər, xüsusən də gül alverçiləri bu qayda üçün qapıları bağlayıb, kilidləyib, açarını da Xəzərə atıblar.

Bayram günü məyusluq yaradan mənzərələrdən biri də yol kənarına, zibil qablarına atılan hədiyyələr, gül buketləridir. Bu, qarşılıqsız sevginin, qarşılığı olmayan dəyərin və bir də hörmətsizliyin, etinasızlığın nişanıdır. Kim bilir, bəlkə o gül buketini alan cavan oğlan, dükandan oyuncaq ayı seçən tələbə cibinin son pulunu xərcləyib? Bəlkə aylarla maaşından, tələbə təqaüdündən yığaraq 8 mart günü sevinə-sevinə hədiyyə alıb? Amma aldığı gül buketi sevdiyi qızın evindəki masanı yox, zibil qutusunu “gözəlləşdirir”. Aldığı hədiyyə ürəyini açmaq istədiyi xanımın otağını yox, gözdən-könüldən iraq yol kənarını bəzəyir. Bu, daşa dəyən sevgi, hörmətdir. Bu, qarşılığı olmayan, kor-koranə bəslənən hisslərdir.

Digər bir məyusluq isə günümüzün ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrlə bağlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, hər bayramda zühur edib status və rəyləri dolduran, bayram keçirməyin əleyhinə çıxış edənlərin sayı günü-gündən artır. Dərd orasındadır ki, ərgənlik dövrü “Facebook”un yaranma tarixinə təsadüf edən və eyni ilin 8 mart tarixində sosial şəbəkədə “mənim rəhmətə gedənim var, rayona gedirəm” deyə öz aləmində yumoristik status yazan şəxs bu gün yaşlanıb, saçları da, dişi də tökülüb, di gəl ki, hər 8 mart eyni məzmunda status yazmaqdan, rəylərdə dişlərini ağardan smayl yerləşdirməkdən çəkinmir. Hələ Klara Setkin və Roza Lüksemburqun fotosunu paylaşıb “kişilərin düşməni” deyə yazanların bu tipajlara züy tutması başqa bir dərddir. 8 mart günü yaxınını, doğmasını adi bir çiçəklə təbrik etməyi adət halına gətirə bilməyən bu zavallıların, bir də öz aləmində romantik bir dəstəsi də var. Onlar yuxarıdakılardan fərqli olaraq, hədiyyə almamaq üçün “qadını hər gün təbrik etmək lazımdır, ildə bir dəfə düzgün deyil” tipli saxta, pafoslu, boğazdan yuxarı fikirlərin arxasında gizlənirlər. Hələ bu da azmış kimi, qadınların ancaq bahalı hədiyyə qəbul etdiklərini, qiyməti ucuz olan hədiyyələrə rişxəndlə baxdıqlarını yazanlar da ortaya tökülür. Bu maddiyatçı tiplərin zəhlətökən fikirlərini qüvvətləndirmək üçün nə vaxtsa baş vermiş hadisəni bəzəyib-düzəyib əksər qadınların adından danışması, fikrini aksioma kimi camaata sırıması həyasızlığın pik nöqtəsi sayılmalıdır. Birinci ondan başlayaq ki, 8 Mart dünyanın əksər ölkələrində qeyd edilir və yaranma mahiyyətindən fərqli olaraq, qadınlara, xanımlara xüsusi diqqətin nişanəsidir. İkincisi, Azərbaycan qadını (digər ölkələrin xanımları ilə nə işimiz) heç bir halda bahalı hədiyyə ardınca qaçmır, əsas meyar burada diqqət və qayğıdır. Mən sizə yüzlərlə misal göstərə bilərəm ki, oğlunun, qardaşının, ərinin aldığı bir dəstə nərgiz gülünü 101 qızıl güldən hazırlanmış gül buketi kimi xanımlar var. Mən sizə minlərlə misal göstərə bilərəm ki, adi açıqcanı bahalı brendin məhsulu kimi qəbul edən qadınlar var. Belə misallar çoxdur. Ətrafımızda, yaxınımızda, çevrəmizdə bu tip xanımların, qadınların sayı kifayət qədərdir. Ona görə də, məsləhətim odur ki, heç olmaya, 8 martda düşük, səviyyəsiz, qadınları alçaltmağa yönəlik fikir səsləndirməkdən, rəy və status yazmaqdan əl çəkin. Çıxın evdən, yol kənarında, gül dükanlarında dəstəsi 1-2 manata satılan nərgiz güllərindən alın (əgər maddi vəziyyətiniz başqa hədiyyəyə uyğun deyilsə), yaxın və doğma xanımlarınıza hədiyyə edin. Onları sevindirin, dəyərli, sayqılı insan olduqlarını bir daha xatırladın. Yaxşı, bunları da etmirsinizsə, o düşük statusda yazdığınız kimi, bir neçə günlük rayona gedin, sosial şəbəkəyə daxil olub könül bulandırmayın. Heç bir qadını, xanımı sevindirmirsinizsə, heç olmasa, sevindirənlərə, hədiyyə alanlara mane olmayın!

Unutmayın, sevginin ən gözəl göstəricisi qayğı və diqqətdir. Qadın ona göstərilən diqqəti və qayğını əsla unutmaz! Elə bu arada, fürsətdən istifadə edib, 8 mart bayramı münasibətilə bütün xanım oxucularımı təbrik edirəm!

Şahin Məmmədov

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
28 oktyabr 2026, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
28 oktyabr 2026, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
28 oktyabr 2026, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
28 oktyabr 2026, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
28 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
27 oktyabr 2026, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Oxşar xəbərlər