İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Hadisə barəsində noyabrın 4-də Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Belə ki, oktyabrın 29-da Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında bir ədəd bağlama aşkar edilib. Onun içərisindən ümumi çəkisi 12,6 kiloqram narkotik vasitəyə bənzər maddə tapılıb.
Faktla bağlı istintaq davam etdirilir.
Həmçinin üç Azərbaycan vətəndaşı dövlət sərhədini pozaraq İrana keçməyə cəhd edib. Onlar DSX-nın əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əvvəl, oktyabrın 12-də üç naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuşdur. Onlardan biri saxlanılıb, digərləri isə qaçıb. Tutulan şəxsin çantasından 35,6 kiloqram narkotik tapılmışdır.