top
Real alış-veriş niyə azalır? – Ekspertlərdən AÇIQLAMA
15 fevral 2025, 00:35
- +

Real alış-veriş niyə azalır? – Ekspertlərdən AÇIQLAMA

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşıb.

Ötən il ərzində “Trendyol” Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika, dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. “Trendyol”dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.

Bəs görəsən, nağd, real alış-verişin getdikcə azalmasının, e-ticarətin artmasının səbəbləri nədir? İqtisadi baxımdan hansı vəziyyət yarana bilər?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, istehlakçının onlayn satış platformalarından istifadə imkanlarının genişlənməsi vətəndaş məmnunluğunu artırır:

“Hökumətlərin yürütdüyü siyasət, konversiya banklarının daxili və korporativ siyasətləri ona yönəlib ki, nağdsız ödənişlər daha çox olsun. Heç yerə getmədən hətta nisbətən ucuz qiymətə xaricdən məhsul əldə edirik. Bu yaxşı imkanlar yaradır. Kölgə iqtisadiyyatının payını azaltmaq üçün sahibkarlara güzəştlər verir ki, nağdsız hesablaşmalar artsın. O da öz növbəsində şəffaflığın təminatçısı rolunu oynayır. Bu, istehlakçının vətəndaş məmnunluğunu da artırır. Məsafədən ticarət etmək olur. Bütün bu addımlar ona gətirib çıxarır ki, gələcəkdə nağdsız hesablaşmalar artacaq. ABŞ-də ticarət mərkəzlərinin sayı getdikcə azalır.

Bunun özünün də müsbət və ya mənfi tərəfləri var. Gileylənirlər ki, elektron ticarət nəticəsində biz işsiz qaldıq. Bəli, bu, dünyanın problemidir. İşsizlərin sayı arta bilər. Amma digər tərəfdən daha çevik və savadlı insanlar yeni qazanc mənbəyi əldə edəcəklər.

Yeni sənaye inqilabına keçid fəsadlarla müşayiət olacaq. Bu, beynəlxalq tədbirlərdə də qeyd olunub. Prosesi müsbət dəyərləndirirəm. Elektron ticarət azalsa, 10 il sonra daha böyük fəsadlarla qarşılaşa bilərik”.

İqtisadçı-ekspert Asif İbrahimli qeyd edib ki, müasir dövrün əsas prioriteti rəqəmsallaşmaya və onlayn satış əmsalına keçiddir:

“Tarix boyu ticarətin özünün qayda-qanunları olub. Dövr keçdikcə bütün sahələrdə inkişaf getdiyi kimi ticarətdə də inkişaf gedir. İnsanlarda vaxt meyarı ön plana çıxdığı üçün alış-verişə zaman xərcləmək istəmirlər. Daha ucuz, keyfiyyətli və səmərəli məhsulu, özü də istehsalçıdan birbaşa almağı üstün tutur. Bu da təbii haldır. Zaman keçdikcə bu, təkmilləşməyə doğru gedir. Mövcud bazarın qanunauyğunluqlarına tab gətirən oyunçular qala bilirlər.

Müasir dövrdə onlayn ticarət daha çox rəqəmsal tətbiqlərdən istifadə etməklə rahatlaşır. Həyat sürətlənib. Həyat sürətləndikcə də bir çox məsələlərdə müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Bu, onlayn platforma mağazalara ciddi təsirini göstərib. Xüsusən xanımlar daha çox istifadə edir. Bu təkcə Azərbaycanda baş vermir. Dünyanın bir çox ölkələrində də belədir. Mağazalar xaricdə müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Əyani satış etsələr də, onlayn təqdimatını da etməyə çalışırlar. Dövrün tələbi budur. Vətəndaşlarımız da bu istiqamətdə hərəkət etməlidirlər”.

Ekspert Eyyub Kərimli isə əlavə edib ki, dünyada uzun müddətdir elektron ticarətin dövriyyəsi artır:

“Bunun da iqtisadiyyatımız üçün müsbət və mənfi tərəfləri var. İstehsalçılar üçün böyük imkanlar yaradır. İstehsalçı istədiyi yerə öz məhsulunu sata, geniş bazarlara çıxış əldə edə bilir. Bizim kimi idxaldan asılı olan ölkələrə müəyyən mənfi təsirlər göstərir. Ölkədən həm valyuta çıxır, həm də yerli ticarətə zərbə vurur. İnsanlar daha çox başqa ölkələrdən sifariş edərək yerli ticarət şəbəkələrindən alış-verişi azaldırlar. Bu baxımdan hesab edirəm ki, bizim sahibkarlar da elektron ticarət vasitələrini genişləndirməlidirlər. Onlayn platformalarda iştiraklarını artırmalıdırlar, satış kanallarını genişləndirməlidirlər.

Çünki bu – gələcəyin tələbidir. Burada geri qalan rəqabətdə qalib ola bilməyəcək, müflis olmaq təhlükəsi ilə üzləşəcəkdir. Lakin hesab edirəm ki, elektron ticarət genişləndikcə sahibkarlar da buna uyğunlaşacaqlar. Onlayn platformalar ciddi rəqabət mühiti yaradır. Rəqabət mühiti də qiymətlərin münasib olmasına və tənzimlənməsinə şərait yaradır”.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
24 iyul 2026, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
24 iyul 2026, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
24 iyul 2026, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Bütün Xəbərlər
24 iyul 2026, 13:45

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:42

Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:40

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:37

"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

Bütün Xəbərlər
24 iyul 2026, 13:06

Kukurelyanın saçları sadəcə imici deyil – bir atanın övladına sevgisinin simvolu

Bütün Xəbərlər
24 iyul 2026, 12:23

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
24 iyul 2026, 12:07

Özgür Özel və 90 millət vəkili CHP-dən istefa verib, yeni partiya təsis edilib

Bütün Xəbərlər
24 iyul 2026, 11:18

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

Bütün Xəbərlər
24 iyul 2026, 11:07

Binədə iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bütün Xəbərlər
24 iyul 2026, 10:57

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Oxşar xəbərlər