Gəncə şəhərində 26-27 noyabr tarixlərində “Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu keçiriləcək. Bu haqda noyabrın 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin saytında məlumat verilib.
Tədbirin məqsədi regionlarda yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, bilik və bacarıqlarının artırılması və onların biznes ideyalarının reallaşdırılmasıdır.
Layihə çərçivəsində iştirakçılar tərəfindən hazırlanan 10 uğurlu biznes plan seçiləcək və qalib gənclər sahibkarlıq fəaliyyətinə başlamaları üçün avadanlıqlarla təmin olunanacqlar.
Forumda iştirak etmək istəyən region gəncləri link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 10 noyabr saat 18:00-dır.