Rusiyalı deputatlar və ekspertlər, həmçinin Azərbaycan politoloqları hazırda Şuşa şəhərindədir. Bu barədə noyabrın 13-də Sputnik Azərbaycan məlumat yayıb.
Orada saat 15:00-da “Qafqaz regionunda sülhün möhkəmləndirilməsi problemləri” mövzusunda Beynəlxalq Konfrans başlayıb.
Rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da konfransda iştirak edənlərin sırasındadır. “Mən Şuşadayam. Bizim gəlişimizdən bir az öncə erməni terrorçusu keçdiyimiz Azərbaycan postuna qumbara atıb”, - deyə İqor Korotçenko öz Telegram kanalında bildirib.