Bakının Xəzər rayonunda və Abşeron rayonunda sağlamlıq imkanları məhdud uşaqların psixo-sosial reabilitasiyası üçün iki günərzi qayğı mərkəzi yaradılır. Bu barədə martın 31-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Burada uşaqlar fərdi və ya qrup təlimlərinə cəlb olunacaq və onların zəruri vərdişlərə, həyati bacarıqlara yiyələnmələri üçün iş aparılacaq.
Valideynlərə isə uşaqlara qulluğun təkmilləşdirilməsi məqsədilə təlim proqramları təşkil olunacaq.
Eyni zamanda, mərkəzlərdə 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları da təmin olunacaq.