Saatlıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır. Bu barədə aprelin 18-də Baş Prokurorluq öz Facebook səhifəsində məlumat yayıb.
Saatlı rayonunun Qıraqlı kənd sakini, 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyev qardaşı, 1968-ci il təvəllüdlü Arif Əliyev tərəfindən öldürülüb. O, qardaşını evin girişində, arvadının gözü qarşısında bıçaqlayıb.
Arif Əliyev Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsilə həbs olunub.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.