Sabah, martın 23-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. Səhər havanın bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Ölkənin rayonlarında isə havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti təşkil edəcək. Dağlarda temperatur gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz isə 0-5° şaxta olacaq.
Arabir duman, yağıntılı hava olacaq, bəzi yerlərdə qar yağacaq. Həmçinin mülayim qərb küləyi əsəcək.