Sabah, martın 19-dan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Bu haqda martın 18-də Report xəbər paylaşıb.
Qeyri-iş günləri martın 27-dək davam edəcək.
Məlumata görə, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bayram günü hesab edilən martın 20-si bazar gününə təsadüf etdiyi üçün martın 25-i də qeyri-iş günü olacaq.