“Şahdəniz” qaz və kondensat yatağından istismar tarixindən bu il aprelin 1-dək hasil olunan qaz və kondensatın miqdarı müvafiq olaraq 163,97 milyard kubmetr və 36,94 milyon ton kondensat təşkil edib. Bu barədə 16 aprel tarixində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Nəcəf paylaşım edib.
Məlumata əsasən, 2022-ci ilin birinci rübündə qaz hasilatı 6,44 milyard kubmert, kondensat hasilatı isə 1,15 milyon ton olub.
“Şahdəniz” qaz və kondensat yatağı:
✔️ İstismar tarixindən 1 aprel 2022-ci ilədək hasil olunan qaz & kondensatın miqdarı:163,97 mlrd. m3 qaz, 36,94 mln. ton kondensat✔️ Cari ilin birinci rübündə qaz & kondensat hasilatı:6,44 mlrd. m3 qaz, 1,15 mln. ton kondensat#Azərbaycan?? pic.twitter.com/p1bRt85HaB
— Rovshan Najaf (@RovshanNajaf) April 16, 2022