Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələr rəsmi qərarla ləğv edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata əsasən, qərara uyğun olaraq:
Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası,
Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi,
Gəncə Şəhər Körpələr Evi fəaliyyətini dayandırıb.
Bununla əlaqədar ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi istiqamətində işlərə başlanılıb.
Səhiyyə Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, müəssisələrin bağlanması qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və proses hazırda davam edir.