top
“Şərikli çörək” filminin 60 yaşlı “Vaqif”i –Məşhur akademikin nəvəsi SSRİ-dən ABŞ-yə necə gedib?
20 noyabr 2025, 05:45
- ↺ +

“Şərikli çörək” filminin 60 yaşlı “Vaqif”i –Məşhur akademikin nəvəsi SSRİ-dən ABŞ-yə necə gedib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol







1969-cu ildə ekranlara çıxan “Şərikli çörək” filmi böyük tamşaçı rəğbəti qazanaraq Azərbaycan kino tarixində öz izini qoydu.

Bu filmə 50 ildən çoxdur ki, baxılır və mövzusu daim aktualdır.  Filmdə baş rolda çəkilən balaca Kamran Rəcəbli tamaşaçı yaddaşına həkk olunub.

“Fotoxronika” layihəsində  “Şərikli çörək” filmində Vaqif obrazını yaratmış Kamran Rəcəblidir.

Kamran Rəcəbli uzun illərdir ABŞ-də yaşayır.

1960-cı ildə Bakıda anadan olan K.Rəcəbli 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil alıb.

Bir neçə filmdə uşaq rollarını oynayan K.Rəcəbli daha sonra elm yolunu seçir.

16 yaşından Moskvaya oxumağa gedib.

Bununla elm yolu başlanıb.

Burada mənsub olduğu ailə ənənələri öz rolunu oynayıb. K.Rəcəbli alim ailəsində anadan olub. Nənəsi fizika-riyaziyyat elmləri namizədi, atası texnika elmləri namizədi, anası tibb elmləri namizədi olub.

Babası isə tanınmış akademik Əhməd Rəcəblidir.

Bakıda akademikin adına küçə var.

K.Rəcəbli Moskva Energetika İnstitutunu bitirib. 1985-ci ildə elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdıb və Azərbaycan Neft-Kimya İnstitutunda müəllim işləyib.

1989-cu ildə SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedib orada qalıb. Kibernetik proqramçı kimi fəaliyyətə başlayıb.

Orada 8 il yaşadıqdan sonra ABŞ-yə gəlib. San-Dieqo şəhərində yaşayır. Enerji sahəsində mütəxəssis olan K.Rəcəbli ABŞ-nin məşhur şirkətlərində məsləhətçi olaraq çalışır.  Energetika sahəsində professordur.

K.Rəcəbli vətəndan uzaqda yaşasa da Azərbaycanla əlaqəsini kəsməyib. O, 3 il Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihədə iştirak edib. “Azərenerji”də işləyib. Həm “Azərenerji”, həm “Azərişıq” SC-də dispetçer idarəetmə sisteminin avtomatlaşdırılması (SKADA) layihələrini reallaşdırıb.

Bir il Bakıda yaşayıb.

 

K.Rəcəblinin 4 övladı var. Birinci nikahından olan oğlu ABŞ-də yaşayır, diş həkimidir. İkinici həyat yoldaşından 3 uşağı var. Həyat yoldaşı Olqa kökəncə Vladivastokdandır.

“Şərikli çörək” filmində Vaqif roluna çəkilməsi tarixi barədə danışan K. Rəcəbli deyib ki, “Torqovıy”da anası ilə mağazaya gedərkən təsadüfən onu rejissor Şamil Mahmudbəyov görüb və filmə çəkilməyi təklif edib.

 

K.Rəcəbli “Torpaq. Dəniz. Od. Səma” (film, 1967), “Şərikli çörək” (film, 1969), “Skripkanın sərgüzəşti” (film, 1972), “Qara gölün cəngavərləri” filmlərində çəkilib.




Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər