top
Şarl Mişel: Azərbaycan və Ermənistan liderlərində sülh həmişə daha düzgün yanaşmadır fikrinin formalaşdığını hiss edirdim - MÜSAHİBƏ
24 oktyabr 2025, 02:32
- ↺ +

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderlərində "sülh həmişə daha düzgün yanaşmadır" fikrinin formalaşdığını hiss edirdim" - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda səfərdə olan Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişel Report.az-a müsahibəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin təşkili barədə xatirələrini, Vaşinqton razılaşmasından sonra sülh prosesi barədə fikirlərini bölüşüb:

- Siz Avropa İttifaqı Şurasının prezidenti olduğunuz dövrdə Azərbaycan-Ermənistan arasında münasibətlərin bərpası prosesi ilə aktiv məşğul olur, liderlər arasında görüş keçirirdiniz. O zaman bugünkü nəticənin əldə oluna biləcəyini ehtimal edirdinizmi? Avqustun 8-də Vaşinqtonda əldə edilmiş nailiyyəti necə qiymətləndirirsiniz?

- Siyasi dialoqu yenidən başlatmaq və gələcəkdə münasibətlərin yaxşılaşdırılması, sülh prosesinin davam etdirilməsi üçün əsas dayaqları müəyyənləşdirmək lazım idi. O dövrdə (Avropa İttifaqı Şurasının Prezidenti olduğu dövr-müəl.) qarşıdakı çətinlikləri və problemləri bir çox aydın səbəblərə görə tam qiymətləndirməmişdim.

Amma o vaxtdan etibarən mən münasibətlərin müsbət yöndə inkişaf edəcəyinə əmin idim. Çünki hər iki tərəfdə belə bir anlayışın - sülh həmişə daha düzgün yanaşmadır- formalaşdığını hiss edirdim.

Uzunmüddətli perspektivdə sülh ən güclü təhlükəsizlik təminatıdır və bölgədə daha çox iqtisadi layihələrin inkişafının dəstəklənməsi üçün şərait yaradır. Buna görə də mən çox şadam ki, bu gün mühüm irəliləyişlərin şahidi oluruq.

Düşünürəm ki, "Brüssel prosesi" adlandırılan təşəbbüs optimist və pozitiv bir vasitə idi, hər iki ölkənin liderlərinə bir-birinə yaxınlaşmaq üçün mümkün addımları və qərarları müəyyənləşdirməkdə yardım edən bir alət idi və bir daha qeyd etmək istəyirəm ki, qarşıdakı həftələr və aylar son nailiyyətlərin möhkəmləndirilməsi və onların davamlı olmasını təmin etmək baxımından son dərəcə mühüm olacaq.

- Aİ Şurasına Prezidentliyiniz dövründə liderlərlə görüşlər təşkil edərkən üzləşdiyiniz çətinliklər barədə də məlumat almaq istərdik.

- Bilirsiniz, hər hansı münaqişə və ya fikir ayrılığı zamanı, səbəbindən asılı olmayaraq, başlanğıc nöqtədə tərəflərin bir-birinə etimadsızlığı olur. Qarşı tərəfə etibar etmədikdə irəliləyiş üçün atıla biləcək konkret addımları müəyyənləşdirmək çətinləşir. Mən vasitəçilik fəaliyyətimə başladığım ilk vaxtlardan başa düşdüm ki, ən azı minimal etimad və inam bazasını yenidən qurmağa kömək etmək vacibdir. Bu isə asan deyildi. Bəzən həddindən artıq çətin idi. Amma eyni zamanda, qətiyyət nümayiş etdirmək də çox vacib idi. Mənim təəssüratıma görə, bu gün hər iki tərəfdə verilmiş qərarlar çox cəsarətli addımlardır və bu qərarlar səmimi şəkildə irəliləyişə və sülh yanaşmasının möhkəmlənməsinə yönəlmiş iradəni göstərir.

- Azərbaycan artıq Ermənistana yüklərin daşınmasına tətbiq etdiyi məhdudiyyəti aradan götürüb. Buna nümunə olaraq Qazaxıstandan taxılın Ermənistana Azərbaycan üzərindən tranzitini göstərmək olar. Bu irəliləyişə münasibətinizi öyrənmək istərdik.

- Bu qərar çox mühüm addımdır, çünki bir neçə ay və ya il əvvəl belə bir vəziyyəti təsəvvür etmək çətin idi. Amma bu gün bu qərar artıq qəbul olunub – bu, real və konkret bir faktdır. Mən başa düşürəm ki, bu gün də hələ müəyyən çətinliklər və həssas məqamlar var və biz bunun fərqində olmalıyıq. Lakin belə qərarların qəbul edilməsi, fikrimcə, ümidverici bir siqnaldır. Arzum budur ki, qarşıdakı aylarda hər iki tərəf bu istiqamətdə əlavə səylər göstərərək sülh yolunu geridönməz etsin.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər