top
Sevgililər günü ərəfəsində gül bazarı: “1001 qızılgül alan da var” – REPORTAJ
13 fevral 2025, 09:02
- ↺ +

Sevgililər günü ərəfəsində gül bazarı: “1001 qızılgül alan da var” – REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah 14 fevral – Müqəddəs Valentin və ya Sevgililər günüdür. Dünyanın bir çox ölkəsi kimi Azərbaycanda da bu günü qeyd edənlər var. Bu günün sevən bir gəncə neçəyə başa gələcəyini öyrənmək üçün və ən çox təqdim edilən və sevilən hədiyyənin gül olduğunu nəzərə alaraq, Bakuplus.az-ın əməkdaşı paytaxtda yerləşən bir neçə gül dükanına baş çəkib.

İlk daxil olduğumuz dükanda səssizlikdir. Bir-birindən gözəl gül dəstələri hazırlanaraq sıraya düzülüb. Lakin hələ ki, müştəri qıtlığı müşahidə olunur.

Məyus halda bu dükandan ayrılıb, digərinə daxil oluruq. Burada sıxlıq müşahidə olunur. Hətta əlamətdar gün ilə əlaqədar simvolik buketlər də hazırlanıb. Satıcılar gül qiymətlərinin sabit qaldığını, alıcı itirməmək üçün sabah da qiymətləri dəyişdirməyəcəklərini deyirlər.

Digər gül salonunun birində 14 fevral ilə əlaqədar gül alanların sayında artım müşahidə olunduğunu dedilər. Satıcıların sözlərinə görə, dünyanın hər yerində olduğu kimi bizdə də demək olar ki, eyni hədiyyələr alınır. Cütlüklər bu bayramda gülə daha çox üstünlük verirlər.

Gül salonlarında ürəyiniz istədiyi rəngdə cürbəcür güllər var, qiymətləri də fərqlənir. Belə ki, qızılgül dörd-beş, zanbaq üç, liliya on beş manatadır.

Qızılgüldən hazırlanan orta ölçüdə buketlər 130-150, kiçik ölçüdə olanı isə 65 manatadır. Səbətdə hazırlanan gül buketi 140, qutudakı güllər isə 80 manatadır. Satıcı qiymətlərin gülün növünə və sayına görə dəyişdiyini qeyd edir. Deyir ki, qızılgüldən hazırlanan gül dəstəsi daha baha başa gəlir. Zanbaq buketinin qiyməti isə 40-50 manatdır.

Hədiyyə ancaq oyuncaq ayılardır. Onların da qiyməti 80 manata qədərdir.

Satıcılardan biri bildirir ki, müxtəlif rəngə boyanan, bərbəzəkli hazırlanan və qeyri-adi üslubda dizayn edilən güllərə maraq daha çoxdur: “İndi böyük güllərə tələbat artıb. 101, 200, hətta 1001 qızılgül alan var”.

Bəzi alıcılar qiymətlərin baha olduğundan şikayətlənir. Satıcılar da alıcı azlığını dilə gətirir…

Hər zaman sevin və sevilin…

Nəzrin Vahid 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Oxşar xəbərlər