top
SOCAR Romania rəhbərliyi qalmaqalın mərkəzində
10 sentyabr 2025, 22:56
- ↺ +

SOCAR Romania rəhbərliyi qalmaqalın mərkəzində

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rumıniyada enerji bazarının aparıcı şirkətlərindən biri olan "SOCAR România"nın baş direktoru Ramil Əsədulzadə ciddi qalmaqalla üz-üzə qalıb. Nüfuzlu rumın nəşri "Cancan" yazır ki, o, şirkətin insan resursları direktoru Bibiana Konstantinlə gizli münasibətdədir.

Mətbuatda yayılan məlumata görə, 37 yaşlı Əsədulzadə Buxarestdəki SOCAR PETROLEUM SA ofisini tərk edərək xidməti Audi Q7 avtomobili ilə İKEA mərkəzinin (Bəneasa rayonu) dayanacağına gedib. Orada onu xidməti Skoda Kodiaq ilə gələn Bibiana Konstantin gözləyirmiş. Qısa fasilədən sonra Konstantin Əsədulzadənin avtomobilinə əyləşib. Jurnalistlərin müşahidəsinə görə, o, tələsikliyindən öz maşınında şərab şüşəsi olan bir paketi unudub və bir neçə dəqiqə sonra geri qayıdaraq götürüb. Daha sonra cütlük Club Snagov-a yollanıb və burada terrasda üç saatdan çox vaxt keçirib. Görüş şərab, səmimi söhbətlər və açıq-aşkar şəxsi jestlərlə müşayiət olunub. Ardınca isə onlar klubun otel otaqlarından birinə qalxaraq təxminən beş saat orada qalıblar.

Məkanı tərk edərkən Əsədulzadə otağın açarını resepsiyona qaytarıb, Konstantin isə oteli gözdən yayınaraq tərk etməyə çalışıb. Lakin dayanacağa doğru hərəkət edərkən artıq gizlənməyiblər – əl-ələ tutaraq və öpüşərək ictimaiyyət qarşısında münasibətlərini aşkar ediblər. Buxarestə dönüşdə isə Konstantin arxa oturacaqda gizlənmək əvəzinə ön oturacaqda, Əsədulzadənin yanında əyləşib.

Nəşr qeyd edir ki, Əsədulzadə ailəlidir və həyat yoldaşı ilə birlikdə Buxarestdə, Amerika məktəbinin yaxınlığında yaşayır. İndi o, təkcə Bibiana ilə bağlı epizodu deyil, həm də keçmiş şəxsi katibəsi Ramona ilə bağlı başqa iddiaları da izah etməli olacaq. Xatırladaq ki, Ramona hazırda bir övlad böyüdür.

Karyera və şübhəli fəaliyyətlər

Əsədulzadə 2023-cü ildə SOCAR PETROLEUM SA-nın baş direktoru təyin olunub. Bundan əvvəl şirkətin Rumıniya üzrə maliyyə direktoru vəzifəsində çalışıb. Onun müqaviləsi 2027-ci ilin yanvarına qədər qüvvədədir. Lakin Cancan yazır ki, yaranmış vəziyyət rəhbərlikdə dəyişikliklərə səbəb ola bilər.

Eyni zamanda, iddialara görə, son illərdə Əsədulzadə JETFLY HUB Ploeşti şirkəti vasitəsilə tanınmış biznesmen Dan Berendel ilə neft əməliyyatlarında iştirak edib. JETFLY HUB SRL (Dubayda qeydiyyatdan keçmiş ofşor) üzərindən həyata keçirilən bu əməliyyatların 100 milyon avrodan çox vergidən yayınma sxemi ilə bağlı olduğu və hazırda araşdırıldığı qeyd olunur.

Bibiana Konstantinin keçmişi

O, SOCAR-a 2022-ci ilin iyununda qoşulub. Buna qədər Electrica şirkətində kadrlar şöbəsinin rəhbəri, daha əvvəl isə Chimica qrupunda və iş adamı Ştefan Vuzenin sahibi olduğu Serviciile Comerciale Române şirkətində oxşar vəzifələrdə çalışıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər