Noyabrın 1-dən etibarən İsrail “Pfizer”, “AstraZeneca” və “Sinovac” vaksinlərini vurdurmuş Azərbaycan vətəndaşlarına sərhədlərini açıb. Bu barədə İsrailin “Kan” dövlət radiosu xəbər verib.
Bundan əlavə, “Moderna”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” vurduran turistlərin İsrailə gəlişinə də icazə verilib.
Məlumata əsasən, son peyvənd səfərdən əvvəl 6 ay ərzində vurulmalıdır.
Həmçinin əcnəbilər uçuşdan 72 saat öncə və ya Ben Qurion hava limanında PCR test verməlidirlər.
Bununla yanaşı xaricilər İsrailə səfərdən öncə 14 gün ərzində “qırmızı zona”da olan ölkələrə daxil olmamalıdırlar.
Daha öncə, oktyabrın 19-da Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə səfər qaydalarını sadələşdirib. Azərbaycan vətəndaşları peyvənd olunmadan yalnız mənfi PCR test nəticəsi ilə Gürcüstana səfər edə bilərlər.