Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Universal Packing Industry” QSC-nin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Bu barədə 1 sentyabr tarixində SKSP-nin rəsmi saytında məlumat verilib.
İlkin mərhələdə müəssisədə 50 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Daha sonra işçi sayının 80 nəfərə çatdırılması planlaşdırılır.