Sumqayıt sakininin bank hesabından 2 010 manat oğurlanıb. Bu barədə Report məlumat yayıb.
Polisə martın 27-də şəhər sakini S. İbadovun bank hesabından 2 010 manatının oğurlanması barədə müraciət daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən E. Ağayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.