Sumqayıtda qadın anasını bıçaqlayıb. Bu haqda aprelin 18-də APA məlumat yayıb.
Şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdlü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub. Z. Əliyeva xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
G. Əliyeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.