“Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsi keçirilir. Bu haqda martın 21-də Azərtac məlumat yayıb.
Müsabiqə “Qarabağın ədəbi-bədii mühiti”, “Qarabağın tarixi-memarlıq abidələri”, “Qarabağ Azərbaycanın musiqi beşiyidir” və “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” mövzularını əhatə edir.
İştirak etmək istəyənlər yazının elektron variantını aprelin 5-dək [email protected] ünvanına göndərə bilərlər.