2020-ci ilin 19 oktyabr tarixində Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad olunmuşdur.
Prezident İlham Əliyevin Twitter hesabındakı paylaşımı:
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 19, 2020
Həmin tarixdə İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib: “Ermənilər bütün bu illər ərzində “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar”.
“Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir", - deyə Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilə 19 oktyabr tarixində keçirilən görüşdə bildirmişdir.
Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarını minaatanlar və toplardan atəşə tutmuşdur.
Həmvətənlilərimiz Kanadanın Toronto şəhərində və ABŞ-nin Nyu-York şəhərində aksiya keçirmişdirlər. Aksiyada müxtəlif dillərdə “Gəncə üçün dua et!”, “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!” kimi şüarlar səsləndirilmişdir.
Həmin gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: “Ermənistan mülki şəxslərlə hərbçilər arasında fərq qoymur, raketləri necə gəldi, məsuliyyətsiz şəkildə istifadə edir”.