Keçən il, oktyabrın 17-də cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhəri Ermənistan tərəfindən sonuncu dəfə bombalanıb. Nəticədə 6-sı uşaq olmaqla, 15 nəfər vəfat edib. Yaralananların sayı isə 45-dən çox olub.
500 mindən çox dinc əhalisi olan şəhər Vətən müharibəsi zamanı Ermənistan tərəfindən 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket hücumuna məruz qalıb. Ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər isə xəsarət alıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın dövlət səviyyəsində terror siyasətinin davam etdiyini öz Twitter hesabında bildirib.
UPDATE: 35 civilians have been wounded and 5 civilians killed as a result of Armenia's missile attacks to Ganja. 2 kids are among the dead. Emergency works are still going on. Armenia's terror and WarCrimes continues. pic.twitter.com/2WcLkeqVpB
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020
Həmin gün prezident İlham Əliyev xalqa müraciətində Füzuli şəhərinin işğalçılardan azad edildiyini bildirib. Həmçinin Füzulinin Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də geri qaytarılıb.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 17, 2020
Azərbaycan və Ermənistan 18 oktyabr saat 00:00-dan başlayaraq müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
İsveç Krallığı, Vyana, Moskva, Münhen və Berlində yaşayan azərbaycanlılar erməni terroruna qarşı aksiyalar təşkil ediblər. Bununla yanaşı, Hannover şəhərində Gəncədəki hadisə ilə bağlı anım mərasimi keçirilib. İtaliya və Avstraliya mətbuatında isə məqalələr və videoreportajlar paylaşılıb.