2021-ci ilin iyul ayı ərzində Azərbaycan 12,2 milyon dollarlıq şaftalı ixrac edib. Ötən ilin eyni ayı ilə müqayisədə bu göstərici 2,7 dəfə artıb. Bu barədə məlumat 31 avqust tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust ayı üzrə hesabatında əks olunub.
Ötən il ərzində şaftalı əsasən Rusiyaya, Qasaxıstana və BƏƏ-nə ixrac edilib.
Azərbaycanda şaftalının ən çox istehsal olunduğu rayonlar arasında Xaçmaz, Şərur və Şəmkir yer alır.