Türkiyədə meşə yanğınlarının söndürülməsində fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı təltif edilib. Bu barədə İlham Əliyev avqustun 31-də sərəncam imzalayıb.
“İgidliyə görə”, “Hərbi xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilən əməkdaşların siyahısı ilə prezidentin rəsmi səhifəsində tanış olmaq olar.