Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun tikinti işlərinə start verilib. Bu barədə oktyabrın 9-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Uzunluğu 22 kilometr olan yol 4 yaşayış məntəqəsini birləşdirəcək. Hazırda yolun ilk 1,8 kilometrlik hissəsi artıq asfaltlanıb.
Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə yolun icrası bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
[gallery size="large" ids="9421,9422,9423"]