Susay-Xınalıq avtomobil yolunun yenidən qurulması və tikintisi davam etdirilir. Bu barədə oktyabrın 11-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
“Tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə görülür”, - deyə Agentlikdən bildirilib.
![]()
Layihə üzrə nəzərdə tutulan yolun ümumi uzunluğu 54,8 kilometr təşkil edir. 24 kilometrlik Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ötən il yekunlaşıb. Hazırda bu yolun davamı olaraq 30 kilometrlik Susay-Xınalıq və yoldan 4,8 kilometr məsafədə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi icra edilir.
Yolun tikintisi Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirəcək. Bu, turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına imkan verəcək. Həmçinin bu yol sərnişin və yükdaşımanın yaxşılaşmasına töhfə verəcək.
[gallery columns="1" size="large" ids="9556,9557"]