Azərbaycan para-atleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında avqustun 31-də 100 metr məsafəyə qaçışda ilk gümüş medalı qazanıb.
Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib.
Digər Azərbaycan para-atletləri Yuliya Yanovskaya dördüncü, Yelena Çebanu isə yeddinci yeri tutublar.
Hazırda Azərbaycan yığmasının aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal var və medal cədvəlində ölkəmiz 10-cu pillədə qərarlaşıb.