Azərbaycan Milli Paralimpiya komandasının atletika idman növü üzrə təmsilçiləri Yelena Çebanu, Yuliya Yanovskaya və Lamiyə Vəliyeva avqustun 31-də Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıblar. Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.