Şuşada Qədim tarixə malik olan Topxana meşəsinin bərpasına start verilib. Orada noyabrın 8-də “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən ağacəkmə aksiyası keçirilib. Aksiyada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Kampaniya zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilib, əraziyə 100 kiloqram palıd toxumu səpilib.
Sözügedən məşə Şuşa ətrafındakı torpaqların 20%-ni əhatə edib. Topxana 1988-ci ildə Ermənistan tərəfindən dağıdılıb. Məşənin qırılması anti-sovet mitinqlərə səbəb olub və nəticədə 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başlayıb.