top
Turalın hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb... - FOTO
27 oktyabr 2025, 06:16
- ↺ +

Turalın hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb... - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 1 aydır ki, itkin düşüb. Bununla bağlı bir neçə gündür ki, sosial şəbəkələrdə məlumatlar yayılır.

27 sentyabrdan bəri itkin düşən 33 yaşlı həkimin əmisi qızı, jurnalist Ağanisə Sultan Qafqazinfo.az-a onun haqda detalları açıqlayıb.

A.Sultan qeyd edib ki, əmisi oğlu “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində çalışıb: “Turalı özləri dəvət etmişdi. Daha əvvəl 5 il orada çalışmışdı, sonra oxumaq üçün Almaniyaya getdi. Bu ilin aprel ayı olardı, yenidən həmin gəmidə işləməyə başladı. Peşəkar idmançı idi, üzməyi çox yaxşı bacarırdı. Gəmidə işləməyi də özü seçmişdi. Əmim istəyirdi ki, oğlu tanınmış həkim olsun. 33 illik ömrü oxumaqla, öyrənməklə, təhsilini davam etdirməklə keçdi, 4 xarici dili ana dili kimi bilirdi.

Subay idi və yenicə ev almışdı. Hadisədən iki gün öncə anasına da tapşırmışdı ki, qayıdandan sonra birlikdə ev üçün əşyalar alsınlar. İş yoldaşları ilə də münasibəti çox yaxşı idi, indi də onlarla danışırıq. Gəmiyə gedəndə də həmişə öz kitablarını aparırdı. “Azərbaycandan başqa heç yerdə yaşaya, qala bilmirəm, darıxıram, dənizdə işləməyi sevirəm”, - deyirdi. Çox sevdiyi dəniz onu bizdən aldı...”

Ağanisə Sultan əlavə edib ki, Turalın axtarışları hadisə baş verdiyi gündən bəri davam edir: “Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib və müddətdən artıq aparılıb. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib. Tək istəyimiz axtarışların nəticə verməsi və Turalın tapılmasıdır. Ağlımıza başqa bir ehtimal gəlmir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Fövqəladə Hallar Nazirliyi tərəfindən helikopter də cəlb olunmaqla axtarış işləri aparılıb, lakin nəticə əldə olunmayıb. Hazırda axtarışlar müvafiq qaydada davam etdirilir”.


Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər