Türkiyənin Antalya şəhərində həyat yoldaşı ilə mübahisə edən azərbaycanlı qadın Kəbutər Babayeva özünü çaya atıb.
İnsanoid APA-ya istinadən xəbər verir.
Onun bu ölkənin vətəndaşı olan həyat yoldaşı Emin Yapıcılar dərhal xilasetmə xidmətinə xəbər verib. Əraziyə gələn xilasedicilər K.Babayevanı sudan çıxarıblar.
Xəstəxanada müayinə olunan Kəbutər Babayeva Polis İdarəsinə aparılaraq, orada ifadə verib.