top
Azərbaycanlı gəncin atası: “Türkiyədə təhsil alan oğlum 1 aydır günahsız yerə saxlanılıb”
06 noyabr 2025, 00:17
- ↺ +

Azərbaycanlı gəncin atası: “Türkiyədə təhsil alan oğlum 1 aydır günahsız yerə saxlanılıb”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Oğlum Amin Elşən oğlu Əliyev Türkiyənin Eskişehir Osmangazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. O, internet üzərindən pul dəyişdirmək istəyərkən dələduzların toruna düşüb və Antalyanın Döşəməaltı “L” Tipi həbsxanasında saxlanılır”.

Bu şikayətlə Qafqazinfo.az-a Amin Əliyevin atası Elşən Əliyev müraciət edib.

Onun sözlərinə görə, Türkiyədə təhsil alan oğlu günahsız yerə həbs edilib: “Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub. Biz Azərbaycandan onların kartına manatla pul göndəririk. Oğlum da universitetin illiyini ödəmək üçün internet üzərindən həmişə pul dəyişdirir, manatı dollara, dolları da lirəyə çevirir. Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u oğlum da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 8-9 nəfəri saxlayıblar”.

Elşən Əliyev iddia edib ki, hadisədən sonra həmin xarici vətəndaş - Connatan adlı şəxs qaçıb: “Oğlumun əlində qəbzlər var, lakin həmin kağızlar, mobil telefon və bank kartları hamısı prokurorluqdadır. Pakize xanımı tapdım, onunla da danışdım. Dedi ki, oğlunuzu tanımıram, ondan şikayətçi də deyiləm. Ərizə yazdı, şikayətini geri götürdü, amma Amini buraxmırlar, deyirlər ki, araşdırma aparılır. Mənim uşağımın günahı olsa, heç məsələni ictimailəşdirmərəm, deyərəm ki, gedib cəzasını çəksin. Bütün qurumlarla əlaqə saxlamışam, lakin hələ səs-soraq yoxdur”.

O bildirib ki, hər iki övladı Eskişehirdə təhsil alır: “Amin həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvü olub. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Aminin imtahanları başlayır, prosesdə iştirak edə bilmir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun həbsdə uzunmüddətli saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər. Heç olmasa oğlumu həbs etməsinlər, təhsilinə davam etsin”.

Elşən Əliyev onu da qeyd edib ki, tələbə yoldaşları Aminin saxlanılmasına etiraz edərək, dəstək məqsədilə videomüraciət ediblər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər