Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. Bu barədə Report məlumat verib.
6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisi üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissəsində, 8 hektarlıq sahədə tikiləcək.
Qeyd olunub ki, açıq tenderə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyəyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.