top
“Uçan” taksi, qaçan kuryer, ucsuz-bucaqsız tıxac
11 aprel 2025, 00:47
- ↺ +

“Uçan” taksi, qaçan kuryer, ucsuz-bucaqsız tıxac

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çin hökuməti bu yaxınlarda uçan taksilərlə bağlı qərar qəbul edib. Qərara görə, müəyyən şirkətlər uçan avtomobillərlə taksi xidmətini həyata keçirəcək. Amma dünən Bakıda baş verən hadisə sübut etdi ki, biz bu sahədə Çini ötə bilərik və hətta ötdük də. Söhbət Heydər Əliyev prospektində baş verən və sosial şəbəkələrdə geniş müzakirə yaradan qəzadan gedir. Biz adətən bu kadrları filmlərdə görürdük. Amma “bəxtimiz gətirdiyi” üçün dünən canlı şahidi də olduq.

Qəzadan sonra məlum olub ki, sürücünün ayağında elektron qolbaq olub və avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə edib. Baş verən hadisə bir daha taksi fəaliyyəti ilə bağlı eyni problemləri gündəmə gətirdi. Baş verən hadisə bəzi şirkətlərin həris, acgöz, 3-5 manat qazanc üçün insan həyatını heçə saydığını bir daha gündəmə gətirdi. Uzun müddətdir paytaxtda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı gün ərzində onlarla şikayət səsləndirilir, sosial şəbəkələrdə videolar paylaşılır. Amma daşdan, qayadan səs çıxsa da, taksi şirkətləri abırlarına bükülüb problemi həll etmirlər ki, etmirlər. Nəticədə əziyyət çəkən, qəzaya düşən, tıxacda vaxt itirən sərnişin olur. Qəzalar zamanı xəsarət alan sərnişinlər olsa da, taksi şirkətlərinin rəsmiləri isti ofislərdə, rahat kreslolarda əyləşərək pullarını qazanırlar. Ziyanı ödəmək ya sığorta şirkətlərinin, ya da şəxslərin üzərinə düşür. Bir ara “Prius” qəzalarının dəbdə olduğu dövrdə ödəniş etməkdən boğaza yığılan sığorta şirkətləri bu avtomobilləri sığortalamaqdan boyun da qaçırırdılar. Çünki günün istənilən saatında, istənilən küçəsində hansısa “Prius”un ya divara “dırmaşdığını”, ya aşdığını, ya da adi şəraitdə dəhşətli qəza törətdiyinin şahidi olurduq. Səbəb isə sadə idi: sürücülük mədəniyyəti, sürücülük qabiliyyəti olmayan şəxslər “bir tikə çörək qazanıram” bəhanəsi altında gizlənərək hər gün yüzlərlə insanın həyatını riskə atır, taksi şirkətləri də buna göz yumurdular. Əziyyət çəkən isə sərnişinlər idi. Sifariş verirsən, proqram bir avtomobil göstərir, gələn isə başqa maşın. Sifariş verirsən, proqram bir sürücü göstərir, gələn isə başqa şəxsdir. Hər gün taksi xidmətindən qadınların, qızların, yaşlıların, məktəblilərin istifadə etdiyini də nəzərə alsaq, ortaya çıxan dəhşətli mənzərəni təsəvvür etmək o qədər də çətin deyil.

Sifariş verirsən, taksi gəlir, əyləşirsən. Fikirləşirsən ki, bir azdan mənzil başına çataram. Amma yolu, şəhəri, küçələri tanımayan sürücü səni elə yollarla aparır ki, mənzil başına çatanda ürəkbulanmadan, başağrıdan uzun müddət özünə gələ bilmirsən. Sifariş verdiyin taksiyə əyləşirsən, çirkdən, iydən ürək bulanır, baş gicəllənir. Hələ bir də sürücü siqaret çəkərək tüstüsünü salona buraxırsa, yol da tıxacdırsa, vay halına! Bu da azmış kimi, sürücü qiymətlərdən, yollardan deyinməyə başladısa, təbrik edirəm, mənzil başına əla əhval-ruhiyyədə çatacaqsan.

Bir ara xəbər çıxdı ki, taksi şirkətlərinə sürücülər imtahanla götürüləcək və ciddi nəzarət mexanizmi olacaq. “Prius” qəzalarından, çirkli salonlu maşınlardan, deyingən və yolu tanımayan sürücülərdən bezən sərnişinlər rahat nəfəs almaq istəyirdilər ki, dünən baş verən qəza sübut etdi ki, dəyirman öz işindədir, çax-çax baş ağrıdır. “Prius” qəzalarının yerini “BYD” qəzaları tutacaq, məhkumluğu olanlar sürücü olacaq.

Hələ taksi dərdi az imiş kimi, bir də kuryer problemi şəhər nəqliyyatını lap dözülməz həddə çatdırıb. Günün istənilən saatında, istənilən küçəsində motokuryerlərin qayda pozuntusu, avtomobilləri sağdan ötüb keçmələri, işıqforun qırmızı işığında gəldiyi sürətlə yoluna davam etmələri adi hala çevrilib. Gün keçdikcə motosiklet və kuryer qəzalarının sayında da ciddi artım müşahidə olunur. Bu da bir daha sübut edir ki, müəyyən şirkətlər üçün pul qazanmaq ən vacib amaldır və insan həyatı, təhlükəsizlik heç kəsin vecinə də deyil. Gah piyada keçidində piyadanı vururlar, gah qırmızı işıqda keçib qəzaya səbəb olurlar, gah da tıxaclı yolda ziqzaq hərəkətlə avtomobilləri çaşdırırlar. Kuryer şirkətləri işə götürəndə hansı meyarları tətbiq edirlər, hələ də sirr-müəmma olaraq qalır. Axı, ortada insan həyatı var, insan həyatı! Bəyəm qazanılan 3-5 manat insan həyatından bu qədərmi vacibdir? İnsan həyatını bu qədərmi heçə sayırıq? Nə vaxt biz bu qədər biganə, acgöz olduq? Bəlkə dayanaq, stop deyək? Bəlkə taksi və kuryer şirkətləri işə götürdükləri şəxsə 1 ay, 2 ay təlim keçsinlər? İş öyrətsinlər, yol öyrətsinlər, küçə öyrətsinlər, elementar etik qaydaları öyrətsinlər, yol hərəkət qaydalarını öyrətsinlər? Nə qədər ki, tam gec deyil, bu, baş verməlidir. Əks halda uçan taksilərin də sayı artacaq, ziqzaq motokuryerlərin də. Nəticədə əziyyət çəkən sən, mən, biz, siz olacağıq. Çünki qəzalar həm insan  həyatını riskə atır, həm də onsuz da tıxaclı olan şəhəri daha da dərin tıxaca qərq edir.

Nə deyirsiniz, bəlkə düşünək?

Sara Məmmədli

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Oxşar xəbərlər