top
Vətən müharibəsinin 38-ci günü: Tarixi zəfərin yolunda önəmli hadisələr
02 noyabr 2025, 13:01
- ↺ +

Vətən müharibəsinin 38-ci günü: Tarixi zəfərin yolunda önəmli hadisələr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində otuz ilə yaxın davam edən işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu böyük zəfər tariximizə qızıl hərflərlə yazıldı.





38-ci gün (3 noyabr 2020-ci il) cəbhədə baş verən mühüm hadisələr:

• Döyüşlər əsasən Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edərək düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Sıradan çıxarılan texnikalar arasında dörd ədəd BM-21 “Qrad” yaylım atəş sistemi, bir ədəd KUB zenit-raket kompleksi, doqquz müxtəlif tipli top və iki sursatla dolu yük maşını yer aldı.

• Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutdu.

• Ermənistanın cəbhədə uçuş həyata keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı Azərbaycan hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildi.

• Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirildi.

• Müdafiə Nazirliyi Xankəndi yaxınlığında yerləşən iki sursat anbarının məhv edilməsinin videogörüntüsünü yaydı.

• Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistanın 2-ci motoatıcı alayının şəxsi heyəti və döyüş texnikası ağır itkilərə məruz qaldı.

• Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə çalışan düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edildi.

• Düşmənin snayper qrupu və zirehli tank taborunun komandiri məhv edildi.

• ANAMA, Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş fosforlu mərmiləri partlayış yolu ilə zərərsizləşdirdi. Bu əməliyyatın foto və videoreportajı AZƏRTAC tərəfindən yayımlandı.

• Ermənistanın ağır artilleriya və raket sistemləri ilə Azərbaycan yaşayış məntəqələrinə hücumları nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak oldu, 405 nəfər yaralandı, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız hala düşdü. Bu barədə Baş Prokurorluq məlumat verdi.


Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər