top
Vətən müharibəsinin xronikası: 17 oktyabr 2020-ci il
16 oktyabr 2024, 13:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 17 oktyabr 2020-ci il

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

İnsanoid.com Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 21-ci günü Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub.

Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib.

Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.

Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” və bir “S-125” zenit-raket kompleksi, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

@insanoidcom

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər