top
Vətən müharibəsinin xronikası - 27 oktyabr 2020-ci il
26 oktyabr 2024, 13:01
- +

Vətən müharibəsinin xronikası - 27 oktyabr 2020-ci il

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

İnsanoid.com Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 31-ci günü Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd T-72 tankı, dörd ədəd D-30 və üç ədəd D-20 topu, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd radiolokasiya stansiyası və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin tarixdə Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Düşmənin hücumu nəticəsində ilkin məlumata görə Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və yeddi yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilib.

Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.

Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
Bu gün, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Bu gün, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
Bu gün, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
Bu gün, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Dünən, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
Dünən, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
Dünən, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
Dünən, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
Dünən, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
Dünən, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
Dünən, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
Dünən, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
Dünən, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
Dünən, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
Dünən, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Dünən, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
Dünən, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Oxşar xəbərlər