top
Vatikan mediası Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpasından yazıb
16 oktyabr 2025, 23:12
- ↺ +

Vatikan mediası Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpasından yazıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışını diqqətdə saxlayıb.

İnsanoid.com xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan "L"Osservatore Romano" qəzetinin yazısında açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyevanın, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobonenin, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazinin və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkerinin iştirak etdikləri bildirilir. Qeyd edilir ki, Birinci vitse-prezident və ailə üzvləri layihə çərçivəsində həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Eyni zamanda, bərpa işlərinin Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında 2021-ci ilin martın 4-də imzalanan müqavilə çərçivəsində həyata keçirildiyi xatırladılır.

Müqəddəs Taxt-Tacın "Vatican News" portalının yaydığı materialda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin katakombada mövcud olan Roma erkən xristianlıq dövrünə aid ilk artefaktları yenidən görməyə imkan yaratdığı qeyd olunur. Diqqətə çatdırılır ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və Orta əsrlərdə ziyarətgah olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pyotra Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır.

Vurğulanır ki, daha əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihə - Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib.

Katolik icmasına məxsus olan "Parrocchia San Michele Arcangelo – Neviano" potalı isə Heydər Əliyev Fondunun göstərdiyi dəstək sayəsində katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsinin uçmaq təhlükəsindən qorunduğu bildirilir. Qeyd olunur ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası əməkdaşlığı sayəsində Komodilya katakombaları erkən xristianlıq dövrünün mühüm nümunələrinin qorunduğu Romanın bu bölgəsi arxeoloji tur şəbəkəsinə yenidən daxil edilə bilər.

Dini və tarixi əhəmiyyət daşıyan Komodilya katakombaları ictimaiyyətə açıq olacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər